BAKI, 9 yanvar. TELEQRAF

“Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilir.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Sənədə əsasən, “Dövlət rüsumu haqqında” Qanuna aşağıdakı məzmunda 27.7-ci maddə əlavə edilib:

“27.7. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur”.

Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna aşağıdakı məzmunda 6.2-1-ci maddə əlavə edilsib:

“6.2-1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərin bu Qanunun 6.1-ci maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 27.7-ci maddəsi ilə tənzimlənir”.