BAKI, 9 yanvar. TELEQRAF

Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.