BAKI, 9 yanvar. TELEQRAF
“Əl-İttihad”ın fransalı futbolçusu Kərim Benzema İspaniya Superkubokunun final matçını stadiondan izləyəcək.
Teleqraf “Marca”ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yanvarın 11-də "Kral Abdulla" stadionunda keçiriləcək “Barselona” – “Real Madrid” qarşılaşmasını canlı izləyəcəyini bildirib.
Benzema “El Klasiko”dan əvvəl Madrid təmsilçisinin məskunlaşacağı “Jeddah Hilton” otelində komandanın üzvləri ilə görüşməyi də planlaşdırır.
Xatırladaq ki, sabiq kapitan 2009–2023-cü illərdə “Real Madrid”in formasını geyinib.
Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsində “Barselona” “Atletik”i 5:0 hesabı ilə, “Real Madrid” isə “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.