BAKI, 9 yanvar. TELEQRAF

Bakının Yasamal rayonunda 5 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvan uçaraq yerə düşüb.

Teleqraf xəbər verir ki, hadisə İnşaatçılar küçəsi 5 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün vaxtilə tikilən yataqxanada qeydə alınıb.

Hazırda əraziyə 157 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları gələrək təhlükənin aradan qaldırılması üçün tədbirlər görür.