BAKI, 29 dekabr. TELEQRAF

Rusiyanın HHM qüvvələri 3 saat ərzində 21 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.

Teleqraf xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə (HHM) qüvvələri üç saat ərzində Ukraynaya məxsus 21 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Moskva vaxtı ilə saat 20:00-dan 23:00-dək növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 21 pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib.

Məlumata görə, dronlardan 10-u Rostov vilayəti, 7-si Azov dənizi üzərində, 4-ü isə Krasnodar diyarı ərazisində vurulub.