BAKI, 3 mart. TELEQRAF

Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik.

Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

"Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir", - dövlət başçısı vurğulayıb.