BAKI, 3 mart. TELEQRAF

“İran İsrailin hərbi obyektləri və Baş nazir Benyamin Netanyahunun görüşlərinin keçirildiyi yer barədə geniş kəşfiyyat məlumatlarına malikdir”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının köməkçisi Rəhim Səfəvi deyib.

“Netanyahunun harada görüşlər keçirdiyini bilirik, məlumat bazamız tam olaraq yenilənir. İran kəşfiyyatı ölkəmizin ətrafındakı bütün hədəflərdən, eləcə də İsrail və Amerika hədəflərindən tam xəbərdardır”, - o, dövlət televiziyasında bildirib.