BAKI, 3 mart. TELEQRAF
""Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru"nun istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq "Cənub Qaz Dəhlizi"nin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclasında Bolqarıstanın energetika naziri Trayço Traykov bildirib:
"Bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib. Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir".
Nazirin sözlərinə görə, enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir.