BAKI, 3 mart. TELEQRAF

İran yığmasının qadın futbolçuları Avstraliyada keçirilən Asiya Kubokunun açılış matçından əvvəl himni səsləndirməyiblər.

Teleqraf xəbər verir ki, milli üzvləri bu jesti İsrail və ABŞ-nin İrana hücumundan sonra etiraz məqsədilə edib.

Turnirin ilk matçında İran komandası Cənubi Koreya yığmasına 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, Yaxın Şərqdəki gərginlik səbəbindən İran kişi yığması DÇ-2026-da iştirakdan imtina edib. AFC Çempionlar Liqasının 1/16 finalı, eləcə də AFC Çempionlar Liqası 2 və Çağırış Kubokunun 1/4 final matçları təxirə salınıb.