BAKI, 3 mart. TELEQRAF

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştianu Ronalduya məxsus şəxsi təyyarə Səudiyyə Ərəbistanını tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Martın 2-dən 3-nə keçən gecə Səudiyyə Ərəbistanını tərk edən təyyarənin İspaniyanın paytaxtı Madridə eniş etdiyi bildirilir.

Layner Misir və Aralıq dənizi üzərindən keçməklə təxminən yeddi saatlıq uçuş həyata keçirib.

Təyyarədə futbolçunun özünün və ya ailə üzvlərinin olub-olmadığı hələlik dəqiq məlum deyil. Lakin bu uçuşun Səudiyyə Ərəbistanındakı gərginliklə bağlı olduğu ehtimal edilir. Belə ki, daha əvvəl İran PUA-larının portuqaliyalı ulduzun ailəsi ilə birlikdə yaşadığı Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyinə hücum etdiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, 41 yaşlı forvard 2023-cü ildən "Əl-Nəsr"in şərəfini qoruyur. O, cari mövsümdə ərzində meydana çıxdığı 26 matçda 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.