BAKI, 3 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi əməliyyatları dayandırmaq üçün ABŞ-nin münaqişəni dondurmaq təklifini qəbul etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, Rusiyanın bu təkliflə razılaşmadığını bildirib.

“Amma ruslar imtina edərək, qoşunlarımızın bütün Donbasdan çıxarılmasını tələb etdilər. Amerikalılar bundan sonra hər iki tərəfdə qeyri-hərbi və azad iqtisadi zonaların yaradılması təklifini verdilər. Bunun hər iki tərəfə şamil olunmalı olduğunu bəyan etdim, amma ruslar cavab verdilər ki, bu, yalnız bizim tərəfimizdə olmalıdır”, - o bildirib.