BAKI, 28 dekabr. TELEQRAF

Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri gecə saatlarında ölkə ərazisi üzərində 25 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, məhv edilən PUA-lardan 12-si Samara vilayəti üzərində, hər biri 3 ədəd olmaqla Belqorod, Kursk və Saratov vilayətləri üzərində, hər biri 2 ədəd olmaqla isə Volqoqrad və Rostov vilayətləri üzərində vurulub.