BAKI, 3 mart. TELEQRAF

“Ukraynanın ABŞ-dən təhlükəsizlik zəmanətləri var, amma bunu yalnız Rusiya ilə razılaşma kontekstində imzalamaq istəyirik. Avropa ilə də hazır protokol mövcuddur, amma o da hələ imzalanmayıb. Ukraynanın bərpası ilə bağlı razılaşmalar var, amma bu proses yalnız sülhdən sonra başlaya bilər”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“20 maddəlik plan və ərazi məsələsində ilişib qalmışıq. Amerikalılar ərazilərin mübadiləsi barədə düşünürlər, ruslar isə bizim (Donbasdan) geri çəkilməyimizi istəyirlər. Mübadilə maraqlarımıza uyğun deyil və Moskva bizim tərk edəcəyimiz ərazilərə nəzarət üçün çoxlu qüvvəyə ehtiyac duyacaq. Biz niyə öz torpağımızı, vətənimizin bir hissəsini başqa nə iləsə dəyişməliyik?”, - o bildirib.