BAKI, 19 dekabr. TELEQRAF

Rusiyalı televiziya aparıcısı Vladimir Solovyova qarşı sui-qəsd hazırlayan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Moskvanın 2-ci Qərb Dairəsi Hərbi Məhkəməsinin hökmü ilə A.Pronskiyə ömürlük, V.Belyakov 27 il, T.Mokiy 28 il, V.Stepanov 26 il, M.Drujin 25 il, A.Volkov 18 il, D.Abrarov 12 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bundan əvvəl çıxış edən dövlət ittihamçısı A.Pronskiyə ömürlük, V.Belyakova 30 il, T.Moki və V.Stepanova 29 il, M.Drujin 28 il, A.Volkov 22 il və D.Abrarov üçün 13 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttiham sənədlərinə görə, A.Pronski 2 oktyabr 2021-ci ildə neonasist qruplaşma (terrorçu kimi tanınır və Rusiyada qadağan olunur) yaradıb.

O, əlbir olduğu adamlarla birlikdə V.Solovyovun maşınını partlatmağı planlaşdırıb və bunun üçün partlayıcı qurğular və odlu silahlar əldə edib.