BAKI, 19 dekabr. TELEQRAF

Özbəkistan Senatı “Respublikanın 2026-cı il üçün dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Sənədə əsasən, 2026-cı ildə dövlət büdcəsinin xərcləri 402,6 trilyon sum (təxminən 33,4 milyard dollar), gəlirləri isə 368,9 trilyon sum (30,6 milyard dollar) təşkil edəcək. İnflyasiya 7%, büdcə kəsiri isə ümumi daxili məhsulun 3 faizini keçməməlidir.

Gələn il dövlət büdcəsinin 55%-i və ya 220 trilyon sum (18,3 milyard dollar) sosial sahəyə ayrılacaq. Bundan əlavə, təhsil sektoruna 100 trilyon sum (8,3 milyard dollar), səhiyyə sektoruna isə 49 trilyon sum (4 milyard dollar) ayrılacaq ki, bu da bu illə müqayisədə 11,4% çoxdur.