BAKI, 19 dekabr. TELEQRAF

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə A. əsədli ifadə verib.

O bildirib ki, zərərçəkmiş şəxslərlə dostluq münasibəti olub. Onun sözlərinə görə, Oqtay Qasımov, İlham Hüseyn, Etibar Nəsib ondan şikayətçi olan şəxslərdir: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı. İlham Hüseyn məni lideri hesab edirdi. Amma bu gün həbs olunmağıma çalışır. Etibarla 2017-2018-ci illərdə tanış olmuşam, yaxın münadibətimiz olub. Mənim mənəvi suçum ondan ibarərətdir ki, bu şəxslərə inanmışam. Bu şəxslərə həmişə mən dəstək olmuşam. Mən 7 ay susdum, amma bu qədər ləyaqətsizliyin qabağında susmaq olmur".

Daha sonra prosesdə təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vədatət verib. O, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Amma məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses yanvarın 9-da davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxs Anar Əsədli yüksək gəlir gətirəcəyi adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat vəsait əldə edib. Həmin pulun müəyyən hissəsini geri qaytarıb.

Bundan başqa, Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 500 manat alıb və bu məbləğdən 3 400 manat ödəniş edib.

Həmçinin Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4 250 manatını geri qaytarıb.

Zərərçəkmiş şəxs Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alıb və dəymiş ziyandan 17 min manat geri ödəniş edib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.