BAKI, 19 dekabr. TELEQRAF

Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəbiristanlığında dəfn ediləcək.

Bu barədə Teleqraf-a sənətçinin dostu, meyxanaçı Ağamirzə Məmmədov məlumat verib.

O vurğulayıb ki, meyxanaçı ilə vida mərasimi sabah evində keçiriləcək və saat 11:00-da Maştağa qəbiristanlığında dəfn ediləcək.

***

16:44

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzov vəfat edib.

Bu barədə məlumat Teleqraf-a sənətçinin ailəsindən bildirilib.

Qeyd edək ki, 2017-ci ildə Kərim Novruzovun beyninə qan sızmışdı. O, ev şəraitində müalicə olunurdu.

Xəbəri ilk Manşet saytı yayıb.