BAKI, 19 dekabr. TELEQRAF

Dekabrın 19-dan "Fly Kish" aviaşirkəti İran və Ermənistan arasında birbaşa uçuşlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Zvartnots" hava limanının mətbuat xidməti məlumat yayıb.

Reyslər İrəvan-Tehran-İrəvan marşrutu üzrə həyata keçiriləcək və həftədə iki dəfə, bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.