BAKI, 14 dekabr. TELEQRAF

"Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı mümkün "Koreya variantı" heç vaxt müzakirə olunmayıb".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Koreya yarımadası modeli əsasında hər hansı həll variantının tətbiqi heç vaxt gündəmdə olmayıb.

"Biz Ukrayna ilə bağlı uzunmüddətli nizamlanmaya dair müxtəlif variantları müzakirə etmişik. Amerikalılar bizim yanaşmalarımızı bilirlər. Amma konkret olaraq Koreya mövzusunun kopyalanması barədə danışılmayıb. Mən bunu ümumiyyətlə eşitməmişəm", – Uşakov vurğulayıb.