BAKI, 17 noyanr. TELEQRAF
Polşa xüsusi təyinatlılar bölməsinin keçmiş komandiri, general Roman Polko dəmir yolu təxribatından sonra "Tomahavk" raketlərinin Ukraynaya ötürülməsinə çağırış edib.
Teleqraf xəbər verir ki, generala görə, "Tomaqahklar"ın təhvil verilməsi Rusiyaya müharibənin ağırlığını hiss etdirə bilər.
"Biz başımızı quma basdıra bilmərik. Qəti və effektiv hərəkət etməliyik. Avropa İttifaqı və NATO daxilində həmrəyliyin gücləndirilməsi zəruridir".
Qeyd edək ki, bu gün Polşadan Ukraynaya gedən dəmir yolu xəttinin bir hissəsi zədələnib.
Polşa Baş naziri Donald Tuskun sözlərinə görə, sözügedən hissə Varşavanı Ukrayna sərhədindəki Dorohusk stansiyası ilə birləşdirən Mazovets dəmir yolu xəttidir.
Baş nazir yolun təxribat nəticəsində zədələndiyini istisna etməyib:
"Təxribat aktı ilə qarşılaşdığımız mümkündür. Heç kim xəsarət almayıb. Müvafiq xidmətlər işləri aparır".