BAKI, 1 aprel. TELEQRAF
Elm və təhsil naziri Emin Əmrullayev aprelin 17-də Qusar şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri aprelin 10-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.