BAKI, 1 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla işgüzar səhər yeməyi formatında görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Liderlər ikitərəfli məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
Xatırladaq ki, Ermənistan Baş naziri Rusiyaya bu gün səfər edəcək.