BAKI, 1 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna və NATO-nun Vaşinqtonun müttəfiqlərinə göstərdiyi dəstəyə qarşılıq vermədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "The Telegraph" qəzetinə müsahibəsində deyib.
Prezident vurğulayıb ki, dünya neftinin 20%-nin daşındığı Hörmüz boğazının Tehran tərəfindən bağlanması qlobal enerji qiymətlərinin kəskin artmasına və dünya iqtisadiyyatında resessiya təhlükəsinə səbəb olsa da, NATO tərəfdaşları bu məsələdə kömək etməkdən boyun qaçırıblar.
D.Tramp müsahibəsində Ukrayna ilə münasibətlərə də toxunub: "Biz avtomatik olaraq orada, o cümlədən Ukraynada olduq. Halbuki Ukrayna bizim problemimiz deyildi. Bu, bir sınaq idi, onların yanında olduq, həmişə də olardıq. Amma onlar bizim yanımızda olmadılar".
ABŞ lideri müttəfiqlərin Hörmüz boğazının açılması prosesində iştirak etməməsini "inanılmaz" adlandıraraq, hərbi dəstəyin birtərəfli deyil, avtomatik və qarşılıqlı olmasının vacibliyini diqqətə çatdırıb.