BAKI, 1 aprel. TELEQRAF
Böyük Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına reaksiya verib.
Teleqraf xəbər verir ki, baş nazir bunu Amerika liderinin Britaniyanı İranla müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirib.
“NATO dünyanın gördüyü ən təsiredici təhlükəsizlik ittifaqıdır. Mənə qarşı hansı həddə təzyiq olur-olsun, Britaniya müharibəyə girməyəcək”, - o bildirib.
ABŞ Prezidenti Donald Tramp bundan öncə Vaşinqtonun NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
Prezidentə İranla müharibədən sonra ABŞ-nin alyansdakı üzvlüyünü yenidən nəzərdən keçirib-keçirməyəcəyi soruşulanda belə cavab verib:
“Bəli. Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Həmişə bilirdim ki, onlar kağız pələngdir, Putin də bunu bilir”.
Donald Tramp müsahibədə Kir Starmeri də İrana qarşı ABŞ-İsrail müharibəsinə qoşulmaqdan imtina etdiyinə görə sərt tənqid edib və Kral Dəniz Qüvvələrinin bu vəzifəni yerinə yetirməyə hazır olmadığını söyləyib:
“Sizin hətta donanmanız da yoxdur. Çox qocalmışınız, təyyarədaşıyan gəmiləriniz işləmir” .
Baş nazirin müdafiəyə daha çox pul xərcləməli olub-olmadığı sualına Tramp belə cavab verib: “Ona nə edəcəyini deməyəcəyəm, istədiyini edə bilər. Bunun fərqi yoxdur. Starmerin istədiyi tək şey enerji qiymətlərini aşağı salan bahalı yel dəyirmanlarıdır”.