BAKI, 1 aprel. TELEQRAF

İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Eceyinin Tehrana endirilən hava zərbələrindən biri zamanı həlak olduğu iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, telekanalın mənbələri Tehranda baş verən hücum nəticəsində Möhseni-Eceyinin öldüyünə dair məlumatların olduğunu bildiriblər. Hadisənin təfərrüatları barədə əlavə informasiya verilməyib.

Bununla yanaşı, İran hökuməti və rəsmi qurumlar məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıblar.