BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan Dəmir Yolları sərnişin tələbatını təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Qurumdan Teleqraf-a verilən məlumata görə, aprelin 4 və 5-də hər iki istiqamət üzrə əlavə səfərlər təşkil olunacaq.
Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri həyata keçirilir.
