BAKI, 1 aprel. TELEQRAF

AFFA İntizam Komitəsi "Kəpəz"i 6500 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə Komitənin bu gün baş tutan iclasında qərar verilib.

Buna səbəb Azərbaycan Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olmasıdır.

Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat ziyana düşüb.