BAKI, 1 aprel. TELEQRAF
“Yaxın Şərqdə logistika sahəsindəki dəyişikliklər səbəbindən İran və Rusiya arasında Xəzər dənizi vasitəsilə yükdaşımaları yaxın gələcəkdə kəskin şəkildə arta bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın dövlət katibi və nəqliyyat nazirinin müavini Dmitri Zverev deyib.
O qeyd edib ki, 2025-ci ildə Rusiya ilə İran arasında dəniz yolu ilə təxminən 7,2 milyon ton yük daşınıb:
“Son ayın logistika dəyişikliklərini nəzərə alaraq, taxıl, metal, taxta və bir çox digər yüklərin daşınmasında əhəmiyyətli artım gözləyirik. Həm İran İslam Respublikasının Xəzər limanları, həm də Rusiya Federasiyasının Həştərxan və Maxaçqala limanları buna hazırdır”.
Dövlət katibinin sözlərinə görə, 2025-ci ilin noyabrında iki ölkə arasənda imzalanmış imzalanmış müvafiq saziş artıq bu sahədə praktiki effektivliyini nümayiş etdirib:
“İndi marşrutun statusu və ixrac həcminin genişlənməsi baxımından əvvəllər heç vaxt nail olmadığımız irəliləyiş əldə edə bilərik”.