BAKI, 1 aprel. TELEQRAF

Türkiyə İsrail parlamentinin terrorizmə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanunu qəbul etməsini tənqid edərək, sənədin fələstinlilərə qarşı yönəldiyini və hüquqi qüvvəsinin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, İsrail parlamenti tərəfindən qəbul edilən və yalnız fələstinlilərə tətbiq olunacağı iddia edilən ölüm cəzası ilə bağlı qanun Ankara tərəfindən qətiyyətlə pislənilir. Türkiyə tərəfi hesab edir ki, bu sənəd İsrailin işğalçı hakimiyyətinin fələstinlilərə qarşı aparteid rejimini daha da gücləndirməyə yönəlmiş addımıdır.

Nazirlik bildirib ki, bu qanun fələstin xalqına qarşı inkar, məhv və siyasi edam siyasətinin davamı kimi qiymətləndirilir və beynəlxalq hüquq baxımından qeyri-qanuni sayılır.

Bəyanatda həmçinin vurğulanır ki, Türkiyə beynəlxalq ictimaiyyəti, ilk növbədə isə BMT-ni İsrailin irqçi və qanunsuz hərəkətlərinə qarşı tədbir görməyə çağırıb.