BAKI, 1 aprel. TELEQRAF

AFFA “Qarabağ-2” komandasını 1300 manat, “Sabah-2” komandasını isə 70 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitısinin iclasında qərarlar verilib.

Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandasının 3 nömrəli futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 250 manat cərimə edilib.

Oyununun 90+5-ci dəqiqəsində “Qarabağ-2” komandasının 28 nömrəli futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qarabağ-2” komandası isə 50 manat cərimələnib.

43-cü dəqiqədə “Qarabağ-2” komandası meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə “Qarabağ-2” komandası 1000 manat ziyana düşüb. “Sabah-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.

Oyun bitdikdən sonra “Sabah-2” komandası tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər “Sabah-2” komandası tərəfindən qarşılanıb.