BAKI, 1 aprel. TELEQRAF
İranın ağıllı addımı ABŞ ilə razılığa gəlmək olardı, yoxsa onlar hələ heç vaxt görmədikləri qədər böyük bir hücumla qarşılaşacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin sözçüsü Şon Parnel sosial media hesabında paylaşım edib.
Pentaqon rəsmisi Tehranı birbaşa xəbərdar edərək bildirib ki, sazişdən imtina ediləcəyi təqdirdə hərbi cavab qaçılmaz olacaq:
"İran müdrikdirsə, sövdələşməyə gedəcək. Əgər yox, ordu daha böyük güclə - onların indiyədək heç vaxt görmədiyi səviyyədə cavab verəcək".