BAKI, 1 aprel. TELEQRAF
Meksikanın Akapulko şəhərində yerləşən cərimə meydançasında güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində alov 700-ə yaxın avtomobili məhv edib.
Yanğının söndürülməsi prosesinə yerli fövqəladə hallar xidmətləri ilə yanaşı, Texasın San-Markos şəhərindən olan mütəxəssislər və ştat hökuməti cəlb olunub.
Hazırda yanğının 90%-i nəzarət altına alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.