BAKI, 1 aprel. TELEQRAF
Həftəsonu Hörmüz boğazının açılmasını müzakirə etmək üçün beynəlxalq görüş təşkil ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer məlumat verib.
“35 ölkə ilə Hörmüz boğazının açılması mövzusunda görüşmək üçün əlaqə saxlamışıq, diplomatik-siyasi vasitələri nəzərdən keçirmək, sonra hərbi planlaşdırma üçün bir araya gəlirik”, - o vurğulayıb.
Starmer deyib ki, Hörmüz boğazı böhranını həll etmək üçün beş maddədən ibarət plan mövcuddur, növbəti həftələrdə Avropa ölkələri ilə yeni görüş keçiriləcək.