BAKI, 1 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Beyrutda iki ayrı zərbə əməliyyatı həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən iki ayrı hücum “Hizbullah”ın iki yüksək rütbəli radikal üzvünə qarşı yönəldilib. Əməliyyatın təfərrüatları barədə əlavə məlumat verilməyib.