BAKI, 1 aprel. TELEQRAF

Livandakı erməni kilsəsinin katolikosu I Aram Prezidenti Cozef Aunla görüşüb.

Teleqraf xəbər verir ki, I Aram İsrail-“Hizbullah” münaqişəsi fonunda Livana dəstəyini ifadə edib.

Kilsə rəhbəri bildirib ki, dövlətin nüfuzunu qorumaq vacibdir, ölkənin bütün ərazisinə nizami ordu nəzarət etməlidir.