BAKI, 1 aprel. TELEQRAF

“Fevralın 28-də bölgəmizdə (İran) başlayan, artıq bir ayını tamamlayan müharibə, təhdid və təhlükə səviyyəsi artaraq davam edir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Prioritetimiz ölkəmizin bu fırtınalı dövrü itkisiz və zərər görmədən keçirməsidir. Türkiyəni bu yanğından uzaq saxlamaqda qətiyyətliyik. Hökumət olaraq, müxalifətin bizi cəlb etmək istədiyi tələlərə düşmədən, ehtiyatlı, ölçülü, balanslı və rasional zəmində bu prosesi idarə edirik”, - o bildirib.

Türkiyə Prezidenti İrandakı müharibəyə görə İsraili ittiham edib.

“Bölgəmizi alovlara qərq edən və bütün bəşəriyyətə iqtisadi çətinlik yaradan bu qanunsuz müharibəyə görə əsas məsuliyyət İsrail rəhbərliyinin üzərinə düşür”.

Prezident Ərdoğan Türkiyənin İran böhranının təcili və dinc yolla həllini dəstəklədiyini vurğulayıb:

“Bölgəmizdə sülhün bərpası üçün lazım olan hər şeyi etməyi özümüzə borc bilirik”.