BAKI, 1 aprel. TELEQRAF
Beyrutun cənubundakı Cnax rayonuna İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində ən azı altı nəfər həlak olub, xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, gecə şəhərdə bir neçə güclü partlayış baş verib. Zərbə çoxmərtəbəli binaya və onun yaxınlığından keçən üç avtomobillik kortejə endirilib. İddialara görə, həmin avtomobillərdə şiə təşkilatı “Hizbullah”ın üzvləri olub.