BAKI, 9 noyabr. TELEQRAF
Taylandda əcnəbi turistləri daşıyan avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində aşıb.
Teleqraf "Gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.
Bildirilib ki, Çianq Maydan Banqkoka gedən avtobusda 38 sərnişin olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisə ölkənin şimalında, Xun Tan aşırımından enən Lampanq əyalətində baş verib.
Avtobus sürücüsü sürüşkən yolda idarəetməni itirib, yana aşaraq bütün hərəkət zolaqlarını bağlayıb.