BAKI, 15 dekabr. TELEQRAF

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən danışıqlar beş saatdan artıq çəkib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Novosti Live” nəşri Volodimir Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti danışıqların gedişi ilə bağlı açıqlamanı 15 dekabrda, növbəti raund başa çatdıqdan sonra verməyi planlaşdırır.

Qeyd edək ki, görüş Almaniya Federal Kanslerliyində baş tutub. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner daxildir. Ukrayna tərəfini isə Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib. Almaniya kansleri Fridrix Merts qısa salamlama nitqindən sonra danışıqlar zalını tərk edib.