BAKI, 14 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə danışıqlar aparmaq məqsədilə Almaniyaya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.
O, Almaniyada Amerika tərəfinin danışıqlar qrupu ilə görüşün planlaşdırıldığını bildirib. Ukrayna lideri qarşıdakı təmasların konstruktiv keçəcəyinə ümid etdiyini vurğulayıb.