BAKI, 15 dekabr. TELEQRAF

“Ermənistan hökuməti Konstitusiyanı Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni ekspert Vardan Poqosyan deyib.

“Yeni Konstitusiya məsələsi Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdən irəli gəlir. Hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır”, - o bildirib.

Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müvafiq bəndin Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçiriləcəyi gözlənilir.