BAKI, 14 dekabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniyaya ikon və zərgərlik əşyası hədiyyə edib.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, hədiyyələr ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul vasitəsilə təqdim olunub.

Lukaşenko Melaniyaya Belarus gülü formasında hazırlanmış incə zərgərlik əşyası, Trampa isə Müqəddəs Nikolayın ikonunu verib.