BAKI, 15 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 18–20-də Yaponiyaya rəsmi səfər edəcək və "Mərkəzi Asiya – Yaponiya" sammitinə qatılacaq.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində K. J. Tokayevin Yaponiya imperatoru Naruhito, Baş nazir Sanae Takaiti, eləcə də ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşləri planlaşdırılır.