“Böyük Britaniya casusları Ukraynanı tək qoymayacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-nın yeni rəhbəri Blez Metreveli deyib.
Blez Metreveli MI6-nın qərargahından etdiyi ilk çıxışında Metreveli Londonun Kiyevə sarsılmaz sadiqliyini bəyan edib:
“Putin şübhə etməsin: dəstəyimiz dəyişməzdir. Ukraynanın maraqları naminə göstərdiyimiz təzyiq davam edəcək. Xaos ixracı Rusiyanın beynəlxalq münasibətlərə yanaşmasının əsas xüsusiyyətidir və buna hazır olmalıyıq. Bu, Putin hesablamalarını dəyişməyə məcbur edilənədək davam edəcək”.