YEVLAX, 15 dekabr. TELEQRAF
Yevlaxda daha bir zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Mingəçevir -Xaldan şossesində baş vermiş zəncirvari yol qəzası yerinə yaxın məsafədə qeydə alınıb.
Biri "Hunday" markalı olmaqla 3 minik avtomobili biri-birinə çırpılıb.
Qəza yolda nəqliyyatın hərəkətinə qısa müddətli tıxac yaradıb. Avtomobillər ciddi zərər görüb, xəsarət olub-olmadığı dəqiqləşdirilir.
Məlumata görə eyni ərazidə oxşar motivli zəncirvari qəzaya yola səpələnmiş peyinin yaratdığı sürüşkənlikdir.
***
09:08
Yevlaxda zəncirvari qəza olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib.
İdarəetmədən çıxan toyuq daşıyan yük maşını, həmçinin "Opel" və "Mercedes" markalı avtomobillər bir-birinə çırpılıb. Qəza zamanı zərbənin təsirindən "Opel" yolun sol hissəsindəki su kanalına, "Mercedes" yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb və yükü ətrafa səpələnib.
Qəza zamanı hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.