BAKI, 14 dekabr. TELEQRAF

Suriya təhlükəsizlik qüvvələri ABŞ hərbçilərinə hücumla bağlı beş şübhəlini həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Paltmirədəki təhlükəsizlik qüvvələrinin qərargahına edilən hücum zamanı iki ABŞ hərbçisi həlak olmuşdu. Hücum zamanı qərargahda daxili təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə beynəlxalq koalisiyanın nümayəndə heyəti görüş keçirirdi.

Nazirliyin açıqlamasında bildirilir ki, yerli bölmələr kəşfiyyat xidməti və beynəlxalq antiterror koalisiyası ilə birlikdə əməliyyat keçirərək beş şübhəlini həbs edib. Hücum “İslam Dövləti” terror təşkilatının üzvü tərəfindən həyata keçirilib.