BAKI, 15 dekabr. TELEQRAF

“Əgər mövcud qanunlar İslam qanunları ilə ziddiyyət təşkil edirsə, dəyişdirilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Spiker hökumət idarəçiliyinin həm də dini hökmlər tələb etdiyini bildirib:

“Cəmiyyətin ən yüksək səviyyədə idarə olunması üçün tam bir dini sistemdən istifadə etməliyik. Çünki İranda baş verən hər şey dinə aid edilir, bu, dini tədqiqat mərkəzləri üçün cəmiyyəti idarə etmək üçün elm və din arasında əlaqə yaratmaq baxımından əla fürsətdir”.