BAKI, 14 dekabr. TELEQRAF
Sidneydə insanlara atəş açan terrorçunu dayandıran şəxsin 43 yaşlı Sidney sakini və meyvə mağazasının sahibi Əhməd əl-Əhməd olduğu məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə "7News" telekanalı məlumat verib.
Yayılan videodan görünür ki, Əhməd əl-Əhməd terrorçunun arxasından yaxınlaşaraq onun silahını əlindən alıb. Əl-Əhmədin əmisi oğlu telekanala bildirib ki, dava zamanı Əhməd əl-Əhməd xəsarət alıb və əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb.