BAKI, 15 dekabr. TELEQRAF
"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub.
Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, buna 137-ci oyununda nail olub.
Bayramov Premyer Liqanın XV turunda "Araz-Naxçıvan"ın (5:1) qapısına 2 qol vurmaqla "25"ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
Qeyd edək ki, Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.