BAKI, 15 dekabr. TELEQRAF

Son günlər səhhəti ilə bağlı problemlərinin olduğu iddia edilən Kadırov açıqlama verib.

Teleqraf xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov səhhətinin yaxşı olduğunu açıqlayıb.

O, deyib: “Məndə hər şey qaydasındadır, səhhətim əladır”.

Qeyd edək ki, Ramzan Kadırov daha əvvəl gələn il Çeçenistan rəhbəri postuna keçiriləcək seçkilərdə Rusiya Prezidenti Vladimir Putin təklif edərsə, iştirak etməyə hazır olduğunu bildirmişdi.

Bununla yanaşı, Kadırov hakimiyyətdən bezdiyini də qeyd edib.